Ət olmayan yerdə balıq da ətdir.

Cf. Half a loaf is better than no bread. / A bit in the morning is better than nothing all day. / There’s a small choice in rotten apples. / Any port in a storm. / In the land (country, realm) of the blind (among the blind) the one-eyed is king. На безрыбье и рак рыба. / В поле и жук мясо. / На бездолье и Фома дворянин. / Ср. В темноте и гнилушка светит.
Ət ilə dırnaq arasına girmə.
Ət sümüksüz olmaz.
OBASTAN VİKİ
Ət
Ət — canlılarda sümüklə dəri arasında maddə. Ət dedikdə hər şeydən əvvəl skelet əzələləri və onlara birləşmiş yağ və toxumalar başa düşülür. Bəzən dil, qaraciyər, böyrək, beyin, ürək, diafraqma, baş əti və qida borusu da ət adlanır. Bir çox heyvan, quş və balıq ətindən qida məhsulu kimi istifadə olunur.
Balıq
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. == Təsnifatı == Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfi tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Turşulu ət
Ət-Tirmizi
Məhəmməd ibn Əli Əbu Abdulla əl-Hakim ət-Tirmizi (ərəb. الحسين الترمذي‎‎; təxm.755 — 869) — sufiliyin məşhur nümayəndələrindən biri, səksənə yaxın əsərin müəllifi. Dərin biliklərinə və geniş dünyagörüşünə görə əl-Hakim (müdrik) fəxri adına layiq görülmüşdür. Məhəmməd ibn Əli Əbu Abdulla–əl Hakim ət–Tirmizi şərqi İran sufizminin ən böyük nümayəndələrindən biri olmuşdur. Termez şəhərində doğulma tarixi məlum olmasa da «avtobioqrafiyasına» görə 8 yaşından başlayaraq çox ciddi səylərlə dini elmlərə yiyələnməyə çalışmışdır. İyirmi səkkiz yaşında Məkkə şəhərinə getmişdir. Məkkə ziyarətindən qayıdan Ət– Tirmizi sufi yolunu tutmuşdur. Özünü insanlardan təcrid edən Ət– Tirmizi mistik traktatları öyrənməyə başlamışdır. Sufizm– islamda mistik– asketik cərəyan hesab olunur və onun haqqında saysız– hesabsız kitab və məqalələr yazılmış və yenə də yazılmaqdadır. Artıq o çoxdandır islamşünaslığın müstəqil bir sahəsinə çevrilmişdir.
Ət-Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Ət-Təvvab
Ət-Təvvab (ər. التوّاب) — Allahın adlarından biri.
Ət Tibyan
"Ət-Tibyan fi təfsiril-Quran" hicri V əsrin böyük fiqh, hədis və kəlam alimi Şeyx Tusi kimi məşhur olan Muhəmməd ibn Həsən Tusinin yazdığı bir təfsirdir. Rəvayətləri nəql etməklə yanaşı, əqlə arxalanıb müxtəlif elmlərə diqqət yetirməklə özündən əvvəlkilərin və müasirlərinin təfsir görüşlərini dəyərləndirmişdir. Bu baxımdan Quran təfsiri ilə bağlı müxtəlif elmləri o cümlədən, sərf, nəhf, hədis, kəlam və tarix kimi elmləri əhatə edir. Bu təfsirdən öncə şiə təfsirçilər yalnız səhabə və ya İmamlardan (ə) rəvayətləri nəql etməklə və həmçinin lüğətlə bağlı bəzi məsələlərə işarə etməklə kifayətlənirdilər. Nümunə kimi Furat Kufinin, Əyaşinin, Əli ibn İbrahim Quminin təfsirlərini göstərmək olar. Əhli sünnət təfsirçiləri arasında da yalnız Təbəri başqalarının görüşlərini nəql etməklə yanaşı, onların tənqidinə və öz baxımından daha səhih olan rəvayətlərin seçiminə girişmişdir. "Ət-Tibyan fi təfsiril-Quran" surələrin tərtibinə əsasən bütün Quranın təfsiri olub 10 cilddə qələmə alınmışdır. Mufəssir hər surənin başlanğıcında onun adlarına, məkki və ya mədəni olmasına, nasix və mənsux ayələrin onda olub-olmamasına işarə etmiş, daha sonra qiraət ixtilaflarını, sözlərin lüğəvi mənalarını, ayələrdəki qrammatik məsələləri araşdırmış və nəhayət ayələrin tam mənasını şərh və təfsir etmişdir.
Ət qutabı
Ət (quzu və ya dana əti ilə) qutabı - Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. Türkiyə və İran milli mətbəxində də aid edilir. Qədimdə dəvə ətindən hazırlanırdısa, müasir dövrümüzdə əsasən dana və qoyun ətindən bişirilir. 400 qr quzu və ya dana əti, 2 baş soğan, 20 qram lavaşana və ya 40 qr nar, 440 qr buğda unu, 100 qr yağ, sumaq, darçın, duz istiot zövqə görə. Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Yumşaq quzu və ya dana əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəklinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.
Ət işarəsi
@ işarəsi — elektron poçt simvolu @ işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompüter və İnternet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir. “@” işarəsini koreyalılar “ilbiz”, ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), , türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası” və s. kimi adlandırırlar. Çində "@" heroqlifi həm də "ay ta" kimi oxunur və mənası "onu sev" deməkdir. @ işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ildə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı bir məktubda rast gəlinmişdir. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsini istifadə etmişdi. O zamanlarda, bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən @, daha sonra texnologiyalara da daxil oldu. Zaman üçün istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar.
Ağ balıq
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Balıq-əsgərlər
Balıq anodontu
Balıq anodontu (lat. Anodonta piscinalis) — Anodonta cinsinə aid növ. Şirinsulu göl və çaylarda yayılır. == Xariçi görünüşü == Çanağları iri, oval, dairəvi və zəif şişkin olub, nazik divarlıdır. Çanaqları müxtəlif rəngə çalır. Təpəciyi az şişkin və dairəvidir. Çanağın üzərində zəif dalğalı qırışları olur. Çanağın uzunluğu 109, hündürlüyü 65, şişkinliyi 37 mm-ə qədər olur. Növ çox dəyişkənlidir. Dəyişkənlik həm ölçüsündə, həm də çanağın qalınlığında hiss olunur.
Daban balıq
Daban balıqları (lat. Carassius) — Volqa, Ural və Terek çaylarının deltasında yaşayan şirinsu balıqlarıdır. Daban balıqları Azərbaycanın su hövzələrində ilk dəfə 1980-cı ildən görünməyə başlamışdır. Buraya onlar Orta Asiyanın əmtəə balıqçılıq təsərrüfatlarından bitki ilə qidalanan balıq körpələrini gətirərkən təsadüfən onların arasında gətirilmiş və qısa müddətdə yerli şəraitə uyğynlaşaraq bütün Kürətrafı su hövzələrində geniş yayılmışdır.Hal-hazırda Azərbaycan sularında daban balıqlarının 2 növü yaşayır: qızılı daban balığı və gümüşü daban balığı.
Damcı balıq
Damcı balıq (Psychrolutes marcidus) - Avstraliyaya yaxın dərin sularda yaşayır və bədənində əzələ sistemi yox deyiləcək qədər azdır. Dibdə yaşayan bu balıqları həddindən artıq ovlanma səbəbiylə nəsilinin yox olma təhlükəsi var.
Göy balıq
Göy balıq (lat. Ballerus ballerus) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsi daxil olan balıq növü. Bədən enlidir, yan tərəflərdən isə güclü sıxılmışdır. Bədəni boyunun üçdə biridir. Başı micvaridir. Başının yuxarı hissəsini tutan ağzı bir qədər yuxarı qalxır. Anusu nisbətən uzundur. Pulcuqları isə kiçik olur. Göy balıq xarici görünüş baxımından Porulara (lat. Ballerus sapa) bəzəsələr də, ağız quruluşu və pulcuqlarının balaca olması seçilirlər.
Kaluqa (balıq)
Kaluqa (lat. Huso dauricus) — Nərələr fəsiləsindən balıq, Ağ balıqlar cinsinə aid baliq növü. Amur çayı hövzəsində 55° ş.e və 34° ş.e arasında yerləşən bölgədə yaşayır. Onlsra hətta 50 metr suyun dərinliyində belə rastlamaq mümkündür. Maksimal qeydə alınmış uzunluğu 560 sm təşkil etmişdir. Olduqca əhəmiyyəli balıq növüdür. Sənaye əhəmiyyətlidir. Uzunluqları 5,6 metr təşkil edir (6 metrlik keçmişdə olması ehtimal edilir), çəkisi 1 tondur. Ağzı ayparavari formaya malikdir. Birinci bel üzgəci olduqca iri olur.
Orda Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.
Ordu-Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.
Qurbağa balıq
Sincabı balıq
Sincabı balıq (lat. Sargocentron spiniferum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinin sargocentron cinsinə aid heyvan növü.
Uzunbelüzgəc balıq
Uzunbelüzgəc balıq və ya amiya (Amia calva L.) — Amiekimilər dəstəsinin yeganə sağ qalmış növüdür. Amiekimilər (lat. Amiiformes) — Şüaüzgəcli balıqların Qığırdaqlı qanoidlər üst dəstəsinə aid dəstədir. Amielər (Amiidae) fəsiləsi bu dəstəyə daxil olan yeganə fəsilədir.
Xırda balıq
Xırda balıq - Clupeidae fəsiləsindən Sprattus cinsinə aid yiməli balıqlara verilən ümumi addır. Bu termin həmçinin bir sıra digər kiçik balıq növləri (Clupeoides, Clupeonella, Corica, Ehirava, Hyperlophus, Microthrissa, Nannothrissa, Platanichthys, Ramnogaster, Rhinosardinia və Stolothrissa) üçün istifadə olunur. Əksər kimi, hamsi çox aktiv, kiçik, yağlı balıqdır. Onlar böyük təbəqə digər balıqlarla səyahət edir və gün ərzində fasiləsiz üzməkdədirlər. Bu balıqlar qida dəyəri ilə tanınırlar, çünki onların tərkibində insan pəhrizində faydalı hesab edilən çoxlu yağlar var və dünyanın bir çox yerində yeyilir. Hamar dadı ilə tanınır və körpə sardinalarını səhv salmaq asandır.
Liza (balıq)
Liza (lat. Liza) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinə aid heyvan cinsi.
Çəki (balıq)
Cyprinus (lat. Cyprinus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Cinsə daxil olan növlərin böyük əksəriyyəti Çinin cənubu və Cənub-Şərqi Asiyada yayılmışdır. Cinsə daxil olan iki növ xüsusi ilə seçilir. Onlardan birincisi Adi çəki və ya karp olaraq adlandırılır. Onların arealı iki hissədən ibarətdir:Qara, Xəzər və Aral dənizləri və Uzaq Şərq regionları. Bu növ Şimali Amerika, Avstraliya və Avrasiyanın müxtəlif ərazilərinə köçürülmüşdür. İkincisi isə gümüşü karp 1970-ci illərdə Balxaş gölündən ABŞ və Kanadaya aparılmışdır. Sümüklərin bolluğu səbəbiylə amerikalılar onu yemirlər və təbii düşmənləri də az olduğundan sayları sürətlə çoxalır. Böyük Göllərdəki gümüşü karplar yerli balıqları məhv etməsi təhlükəsi törətdiyindən çaylarda elektrikli sədlər qoyuluir.